88 Nömrəli marşurut və bizim qız!

2

tenha

4 ay olar Bayıl qəsəbəsində  kirayə qalıram və 88 nömrəli marşurutdan istifadə edərək gedib- gəlirəm.Elə təzəcə köçmüşdüm ki,  axşam 11 işdən çıxıb 88 marşurutun gözləmək üçün dayanacağa yol alındım  və soyuqdan üşüyən bir qızında mənim kimi marşurut gözlədiyin gördüm elə həmin vaxt 88 gəldi qızda mənim kimi marşuruta minib bir oturacaqda oturdu və Bayılın kruqu deyilən yərə, yəni mənzilimin yaxınlığında marşurutdan düşdüm elə həmçinin həmin qızda.O,aşağı məhəlləyə mənsə yuxarı məhəlləyə yol aldım.Səhərdə yenə dayanacaqda idim həmin qızı gördüm.Bu gün daha bir gözəl idi və axşam olduğu qədər nə yorğun idi nə də soyuqdan üşüyürdü.Qızında mənə ani olaraq baxdığın sezmişdim yəqin axşam rastlaşdığı oğlan olduğumun fərqinə varmışdı.Nə isə çox uzatmıyım, mən Milli Bankın yanında  duracaqda düşdüm. O, isə Azadlıq prospekti istiqamətində yoluna davam edən marşurutda qaldı.Özüm -özümə düşündüm ki,bu bir təsadüfü rastlaşmadır amma gün ərzində bəzən simasın xatırlıyırdım özümdən bixəbər.Yənə axşam oldu və saat 11 in qapısın döyürdü mən hər zaman olduğu kimi dayanacağa çatdım və yenə eynı qızı gördüm bu dəfə anladım ki,bu qədər təsadüf ola bilməz yəqin onun işə getmə və qayıtma zamanı bizim qrafiklə eynidir.Yolda gözlərimizi bəzən qaçırtsaqda  baxışlamız toqquşurdu və axşam olduğu üçün yorğunluq məlum idi hər ikimizin  gözlərində. Yenə eyni yerdə 88 saylı marşurutdan  ayrılıb ayrı-ayrı yollara düzüldük.Bu dəfə arada arxaya çevrilib baxırdım və birdən onunda arxaya boylandığın gördüm və açığı o an keçirtdiyim hissin nə olduğun hələdə anlamıram.Axşam evə gedib  səhər tez açılmağın və yenə onu görməyimi istəyirdim,gecəni belə yatmaq istəmirdim təki bir anlıq siması gözümün önünə gəlsə deyirdim.Səhər vaxtında çox çox əvvəl dayanacağa getdim ki,birdən gedər onu görmərəm amma yox gördüm gülümsəyən siması gündüzümə belə işıqlar saçırdı ki,bu gülüşlərin hədər yerə olmadığın anlamağa başlamışdım.Axşama kimi günü necə qovurdumsa gecə bir gəlsə və axşam gəlib yetişmişdi həmin səssiz 88 nömrəli marşurut görüşü.11 qalmış dayanacaqdan bir az uzaqda gizlicə onu izliyirdim və marşurut gəldi amma ötürdü və daha birisi gəldi onuda ötürdü hava yağışlı olsa belə gözləri isə ətrafa baxırdı deyəsəsn məni gözlüyürdü və mən də dayancağa çatanda onun simasında səmimi sevinci görməmək mümkün deyildi və 88-i iki yad insan olaraq gözləməyə başladıq bu arada marşurut gəldi bizdə yola qoyulduq.Sahil boyu baxışlar altında sakit səssiz aftobusda ayrılacağımız yerə çatdıq və evlərimizə doğru getdik.Səhər yenə eyni marşurutda bu dəfə baxışmalar o qədər davam etdi ki,mən birdə ayıldım gördüm ki,Xarici Dillərin yanındayam və tez düşdüm yəqin oda hiss etmişdi ki, mən unudub qalmışam.Belə günlər davam edirdi səhəri gözləməklə axşamı qarşılamaqla,mənasın belə bilmədiyim, adın,kim olduğun,heç səsin belə eşitmədiyim biri günlərimin sahibinə çevrilmişdi.İşim belə olsa dostlarım,əzizlərim 11 də məni harasa dəvət etsə mən imtina edirdim ki,tələsirəm evə, əslində evə yox marşuruta adsız mələyi görməyə tələsirəm.Soruşarsız ki,niyə bəs yaxınlaşmırdın,əslində hər gün sabah-sabah deyirdim amma bir cür yaxınlaşa bilmirdim yağışlı gecədə tanıdığım qıza.Yenə gecələrdən biri idi,dayanacağa yaxınlaşdım ki,uzaqdan onun gəldiyin gördüm amma bu dəfə nur üzlü mələk çox bədbin görünürdü və görünür nəsə olmuşdu, marşurut gəldi və bu dəfə 88 də başqa cür idi ondan və məndən başqa 2 və ya 3 nəfər olardı. Sürücüdə Mustafa Çeçelinin Sevgilim musiqisin  səsləndirirdi music playerdə,Bu dəfədə ayrılacağımız məkanda idik abu-hava fərqli idi yada mənə elə gəlirdi bir xeyli uzaqlaşmışdıq ki,arxadan səs gəldi gözəl gözlüm səni unutmuyacam və həmin an mən nə olduğun heç başa düşmürdüm nə deyəcəyimi heç bilmirdim amma evə gedə-gedə bir söz deyirdim ki,söz səhər yaxınlaşıb danışacam mütləq…

52932_127010067449197_1342458045_o

Səhər açıldı və 9 a qalmış yenə dayancaqda idim o gəlmirdi getdikcə saat ele bil onu məndən oğurluyurdu və 11 ə qalmışa qədər gözləsəmdi neçə 88  keçdi o qara mələk yox idi.Nə həmin axşam nə sonrakı səhərlər ,axşamlar onu görmədim.88 sürücülərindən belə soruşdum gündə 4-5 dəfə marşurutda şəhəri gəzdim, bəlkə bizim qız sevimli 88 görüm məni xatırlar və gələr amma yox gəlmədi.Bəzən dostlarım soruşardı niyə bu qədər 88 dən yeri gəldi gəlmədi istifadə edirsən daha anlamırdılar ki,mən o 88 lərdə bir mələyi axtarırdım.

P.S.Bir-iki saat öncə dostlarımın birinin toy şəkillərinə tag olunduğun gördüm ,gəlinlikdəki bizim qız həmin 88 -dəki qara mələk idi…Gəlinlik çox yaraşmışdı həmdə çox…Bizim qız unutmadım səni amma bilmədim ki,nəyimsən sən mənim…?!

Bizim Yengə!

0

images (1)

Yengə xidmətlərinin göstərilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.

1. Bu Qanun Azərbaycan Respublikasında yengə xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, yengələrin funksiyalarını, hüquqlarını və vəzifələrini müəyyən edilməsini, toy gecəsinin təşkil edilməsi ilə bağlı ictimai nəzarət (qohum nəzarəti) sisteminin yaradılmasını nəzərdə tutur.

Maddə 1. Anlayışlar.

  1. Yengə – toy gecəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təşkil edilməsi və lazımi sübutların əldə edilməsini təmin edən fiziki şəxs.
  2. Yengə xidmətləri – toy gecəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təşkil edilməsi və lazımi sübutların əldə edilməsindən ibarət olan xidmətlər.
  3. Yengə şirkəti – yengə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən, qeydiyyatdan keçmiş hüquqi şəxs.
  4. Toy gecəsi prosesinin iştirakçıları dedikdə bəy  və gəlin nəzərdə tutulur
  5. Bəy dedikdə nikaha daxil olan kişi, gəlin dedikdə nikaha daxil olan qadın nəzərdə tutulur.
  6. Əlaqəli şəxslər – toy gecəsi iştirakçılarının (bəy və gəlinin) qohum-əqrəbası
  7. Birinci dərəcəli əlaqəli şəxslər – hər iki tərəfdən qayınata ilə qayınana.
  8. Qayınanalıq – gəlin hədəf tutulmaqla məişət səviyyəsində hüquqa zidd hərəkətlərin törədilməsi.
  9. Qayınatalıq – qayınanalıq işlərinə müdaxilə edilməməsindən ibarət olan hərəkətsizlik.
  10. Toy gecəsi – toy mərasiminin başa çatması vaxtı ilə – 05.00 saatı arasında keçən vaxt.
  11. Toy gecəsi prosesi – toy gecəsi zamanı bəy və gəlin arasında baş verən və hamını maraqlandıran proses.
  12. Texniki yardım – yengə tərəfindən, yoxlama funksiyalarına əlavə olaraq, toy gecəsi iştirakçılarının təlimləndirilməsi deməkdir.

Maddə 2. Yengə xidmətinin məqsədi.

2.1 Yengə xidmətinin məqsədi – toy gecəsi prosesinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada və şəffaf keçirilməsinin təmin edilməsidir.

Maddə 3. Yengə xidmətinin təşkili.

3.1 Yengələr yengə şirkətləri vasitəsilə əhaliyə xidmət göstərirlər.
3.2 Yengə şirkəti yengə bazarında fəaliyyət göstərmək üçün Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli və Səhiyyə Nazirliyindən müvafiq lisenziya almalıdırlar.
3.3 Yengə şirkətinin möhürü, balansı və bankda hesablaşma hesabı var.
3.4 Yengə xidmətinin obyekti toy gecəsidir.
3.5 Yengə xidməti toy gecəsindən öncə toy gecəsi iştirakçılarının təlimləndirilməsindən, toy gecəsi prosesi nəticəsində alınan sübutların əldə edilməsindən və həmin sübutların yoxlanmasından ibarətdir.
3.6 Yengə xidməti sübutların məhkəmə ekspertizası vasitəsilə təsdiq olunmasından  və birinci dərəcəli əlaqəli şəxslərə açıqlama verilməsindən sonra başa çatmış hesab olunur.
3.7 Toy gecəsi prosesində çalışan yengələrin sayı ən azı 2 olmalıdır.

Maddə 4. Sübut.

4.1 Sübutun texniki göstəriciləri (eni, uzunluğu, rəngi, keyfiyyəti) Yengə Xidmətinin Göstərilməsi Qaydalarında verilir.
4.2 Sübut yengəyə bəy tərəfindən toy gecəsi prosesinin başa çatmasından sonra verilir.
4.3 Sübutun yengəyə verilməsini təsdiq etmək üçün təhvil-təslim aktı imzalanır.

5. Yengə xidmətinin namuslu surətdə həyata keçirilməsi.
5.1 Yengə xidmətlərini vicdanla yerinə yetirməlidir.
5.2  Toy gecəsi iştirakçılarından pul və ya natura şəklində hər hansı hədiyyələrin alınması qadağandır.

6. Yekun müddəalar

6.1 Bu qanunun tələblərini pozan şəxs qanunvericiliklə müəyyən qaydada məsuliyyət daşıyır.

Qırmızı Kerpiclər şəhəri-Lənkəran…

0

 Xəzər sahili boyu respublikamizin cənubuna doğru paytaxtan 275km getsəniz yamyaşıl bir vadi qarşınıza çıxacaq…
Payızda bu yerlər aramsız,şıdırğı yağışların şırıltısına qərq olur,yayda da isti hərarəti ilə hər yeri bürüyür bu torpaq.Meşələrlə örtülmüş Talış dağları ilə gömgöy sulu Xəzər dənizi arasında uzanan bu vadidə qirmızı kərpiç evləri bağ-bağatın içində itib batan kəndləri,qəsəbələri var,hər gün Xəzərin şirin nəğmələrini dinliyən,hər gün böyüyən,hər gün gözəlləşən bir şəhər var….Bura Lənkərandır.Lənkəran sözünün mənası Talış dilində Qamış evlər mənasını verir.
Görkəmli Sovet şairi Nikolay Tixanovun Cenub Mirvarisi adlandırdığı bu diyarın hər qarışı sizə deyəcək:Görün diyarımız necə gözəlmiş,görün torpaq nəyə qadirmiş,görün dağla dənizin ülfətin,mehribanlığı insana necə böyük sevinc gətirərmiş.
Lənkəranda səhər sübh 5 də həyat başlayır.Bu şəhərin insanları İslam dininə çox inancla bağlıdırlar.Paytaxtdan fərqli olaraq sübh azanının səsi şəhərin hər yerin bürüyür.
Şəhər sakinlərinin 70% -ə yaxını Talışlar təşkil edir.Bu etnik xalq öz qədim dilləri ilə,qədim folkloru ilə,maraqlı yaşantıları ilə fərqlənirlər.Lənkəranda yaşayan kənd camahatı fabrikdə,zavodda,əkinçilik,maldarlıq,çayçılıqla məşğul olur.Şəhər camahatıda gənclər sektorlarında,dövlət yərlərində,xəstəxanada,özəl məktəblər ,unverstetində,özel sirkətlərdə,və müəyyən yerlərdə çalışırlar.Şəhərdə müasir stadion,hava limanı,gənclər mərkəzi və başqa müəssisələr dünya standarlarına cavab verir.
Şəhər özü 2 hissəyə ayrilır qiyabi olaraq Böyük Bazar və Kiçik Bazar.Böyük Bazar zonası şəhərin mərkəzində yerləşir və şəhərin ən böyük bazarı bu istiqametdə yerləşir.Kiçik bazar deyilən ərazidə vaxtiykən Kiçik Bazar yerləşib.Şəhərdə ən məhşur gorüş yeri Həydər Əliyev adına parkdır.Əsasən hər kəs bu parkı DOSA adlandırır.Çoxları bu sözün mənasın tam bilmir amma hamının yaşlılırdan tutmuş,körpələrə qədər hər kəsin ağzında bir söz var DOSA gedirəm.DOSA(Dom Afçervski Sovetski Armiye) mənasını daşıyan bu park doğurdanda hər kəsin sevimli doğma mekanıdır.
Şəhərin bazarında nənələrin taliş dilində :dədə balsi gəl hələm nənənin limonundan al hələm dılım mənim,bəşdi xıbı..kimi Talişca ifadələr insana maraqlı gəlir,hələm Lənkəranın sarı rəngli kənd aftobuslarında yol getmək bir basqa aləmdir.
Bu şəhərin insanları Rus imperyasının dövründə bələ Novruz bayramına və Məhərrəmlik faciəsinə qadağa qoyulmağna baxmayaraq bu yərlərin insanlarə bu adət ənənəni hər zaman qoruyub saxladılar.Qırmızı kərpicli evlər,suğallı əvlər diyarıdır Lənkəran.
Bu yerlərə qonaq olmamısanmı?
Bəs hələ də gözlüyürsən?
275 km lik yolu qət edib Lənkəranda Lənkəran limonu və çayi ilə dağlar qoynunda istirahətə tələs gəl…

Əslində…

1

Yerin səni çəkdiyi qədər ağırsan, qanadların çırpındığı qədər yüngül.Ürəyin döyündüyü qədər canlısan, gözlərin uzağı gördüyü qədər gəncsən.
Sevdiklərin qədər yaxşısan, nifrət etdiklərin qədər pissən. Qaşın-gözün nə rəng olursa, olsun qarşındakının gördüyüdür rəngin. Yaşadıqlarını mənfəət sanma, yaşadığın qədər yaxınsan sonuna. Nə qədər yaşarsan yaşa SEVDİYİN qədərdir ömrün.

Gülə bildiyin qədər xoşbəxtsən. Üzülmə, bil ki, ağladığın qədər güləcəksən! Heç vaxt bitti sanma hər şeyi, sevdiyin qədər seviləcəksən. Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər. Və qarşındakına dəyər verdiyin qədər insansan. Ay işığındadır sevgiliyə duyulan həsrət…və sevgilinə həsrət qaldığın qədər ona yaxınsan. Unutma! Yağış yağdığı qədər islanmısan. Və günəşin səni isitdiyi qədər istisən. Özunu yalnız hiss etdiyin qədər yalnızsan. Və güclü hiss etdiyin qədər güclüsən. Özünü gözəl hiss etdiyin qədər gözəlsən.

VƏ BUDUR HƏYAT!
VƏ BUDUR YAŞAMAQ!
Bunu xatırladığın qədər yaşarsan. Bunu unutduğunda… Aldığın hər nəfəs qədər üşüyərsən. Və qarşındakını unutduğun qədər tez unudularsan.
Çiçək sulandığı qədər gözəldir. Quşlar ötə bildiyi qədər sevimılidir. Körpə ağladığı qədər körpədir. Və hər şeyi öyrəndiyin qədər bilərsən.
Bunu da öyrən… SEVDİYİN QƏDƏR SEVİLƏRSƏN!

Futbol mediasnın Amaciləri?!

2

    Nə yazaq?nə yazaq? onsuz hər kəs əli tutdu-tutmadı ,gözü-gördü görmədi,başı çıxdı-çıxmadı xala xətrin qalmasın yazırlarda allah axrın xeyir eləsin…….

Qardaşlar otururlar çay evlərində bekarçılıq,nərd-domino axırda bezib deyirlər neyləmək lazımdır? bu dəqiqə yaxşı pul qirmaq üçün bir yol var oda idman jurnalistikasına girişməkdir, gəlin bizdə bir sayt açaq və hansısa kluba,AFFA ya girənlik etsək i fus yo da pul qazanacıq.Qadasın aldıqlarım 10 dollar domenə,5 dollar hostingə verirlər ,bacıoğlu.qardaşoğluda saytı yığır sonra da adlarını qoyurlar biz 5 minə sayt yığdırmışıq,biz jurnalistik,biz media əhliyik.Boyunlarına da taxırlar press vəsiqəni ala ala bunları tutmaq olar?stadiona  elə girirlər oy oy səviyyə səviyyə….İndi də gələk bu jurnalistçiklərimizin yazı üslublarına.Yazıya lidsiz başlıyıb,back graunddan body yə kəçən jurnalistikanın Amaciləri ele bil yazıda Fatmagülün suçun axtarırlar.Sonrada ən populyar sayt olmaq üçün həmin dəqiqə Xəzər-Lənkərana Peleni,Maradonanı transfer edirlər yəni xülyada və bu yazıları qoyurlar manşetə  və bir həftə sonra yalanları açılanda abırsız,sırtıq jurnalistikaya həmlə atıb heç nə olmamış kimi oxucudan üzür istəməyidə zapodlu bilirlər. Belə getdikdə görürlər yoxe pul uje bizi qane etmir keçirlər reket jurnalitikasına  ilk işdə sifarişli yazı yazmaqdır onu da edirlər allah saxlamışlar.Sonra başlıyırlar öz gözündə çöpü tapa bilmiyənlər qapı-qapı düşüb çöp axtarırlar.Bununda adı olur çöp jurnalistikası.

Rauf Əliyev yayda kənddə istirahət edəndə Raufu Katalonların hücumçusu etdilər, az qala desinlər Pikenin arvadı Şakira ilə yatıb,onsuz Avropa futbolunda başqasının arvadıyla yatmaq modda olan bir şeydir.Sonra canım sizə desin Berti Foqtsun babnik etdilər,Mahiri 1 ci dərəcəli dəli elan etdilər nəysə sözüm ona yox indi əziz oxucular siz xəbərinizi kimdən aldığınızı yəqin öyrəndiz.Nəysə allah şeytana lənet etsin deyəcəm şeytanda deyəcək mən neyləmişəm Əlisi dəli, Vəlisi dəli qırılmışların hamsı dəli.

P.S.  Bu yazdıqlarım hər bir idman sahəsindəki qələm əhlinə şamil edilmiyib.İçərisində çox peşəkar qələminə,sənətinə,şəxsiyətinə hörmət etdiyim və və axşam evinə ailəsinə apardığı çörəyi halal olan insanlar var və onlara bu şərəfli işdəsə uğurlar.Bir az ironiya,bir az satirik və metin altı fikirlərin yer tutduğu balaca bir köşə idi yazım bəzilərinə həddini bilməsin istədim sadəcə.

Amma o biri şivənlərə də təşəkkür edirəm ki,Azərbaycanda jurnalistikaya çöp  jurnalistikası,girənlik jurnalistikası,reket jurnalsitikası,təkər jurnalstikası,Amaci jurnalistikası kimi çox şaxəli sahələr gətirdilər.

Məndənsə bu qədər ,çalışın bacardığınız işi görün ki,bacaranlardan olasınız.

Sabir Bacaran

 

Xan-Lənkəran və ya PFL(cik)?!

1

Bu gün Azərbaycanda bir qrup şəxslər nə qədər çalışsalarda öz mövqeyini göstərməsinlər amma bu heç də alınmır çünki harda olursa olsunlar bir səhv buraxırlar.Əziz bloqumu izliyənlər sizə  Xan-Lənkəranın mövqeyli-mövqeysizliyindən danışım.İlk olaraq çox dəyərli Xan-Lənkəranın baş bilənləri siz yəqin Azərbaycan da elektron KİV haqqında qanun olduğunu bilmirsiz?!12 Oyunçu və Rednicin şəxsinə dilənçi,siqan deməklə şərəf və ləyaqəti tapdaladıgınız üçün Beynəlxalq bəyannamənin 10 və 19 maddələrinə görə məsuliyyət daşıyırsız.Elşən bəy və Hafiz bəy sizcə kiməsə təhqir etmək Xan-Lənkəranın nə işinə yarayır bəlkə mövqeynizi burda göstərirsiz.Yadınızdadırsa Rednici və 12 Oyunçunu tənqid edənlərdən biri də PFL dir və PFL in istəyidə yerli məşqçilərdir.Nədənsə bu fikirlər Xan-Lənkəranın söz sahiblərinin çıxışında da eşidirik,vallah nə deyirik allah axrın xeyir elesin.Xan-Lənkranın Redniclə nə alib vərə bilmədiyi var bunu bilən var?Bir vaxtlar Elşən bəy klubu təriflədiyi vaxtda indi isə əks mövqededir ki,onların baxış bucaqları Ramin Musayevlə üst-üstə gəlir.Məncə Xan-Lənkəran patriot fikirləri kənara qoymalıdır çünki uzaqdan baxanda yərli məşqçilər üçün nəcə deyərlər ağ piyar rolunu oynayırlar.Nə qədər deyilsədə biz azad azarkeş qrupuyuq artıq buna inanmaq sadəlöhvlükdür. Necə deyərlər görünən dağa bələdçi lazım deyil!!!

“Bir gün”

0

Bu şeirimi yazmışdım amma heç  yerdə vermirdim.Amma bugün əyləncəli bir portalların birində mənim şeirimi anonim yazar şəklində gördüm və həqiqətən çox əsəbləşdim və qərara gəldim bunu öz bloqumda paylaşım…….

Bir gün dünyada  sevgi tükənsə

Mən yenə səni sevəcəm

Bir gün ən gözəl gül hansıdır desələr

Mən səni göstərəcəm Oxumağa davam et